İngiltərənin "Votford" klubu baş məşqçisi Slaven Biliçlə yolları ayırıb.
Lent.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Buna səbəb Biliçin rəhbərliyi altında son 8 oyunundan yalnız 1-də "Votford"un qələbə qazana bilməsidir.
Qeyd edək ki, xorvatiyalı mütəxəssis ötən ilin sentyabrından "Votford"u çalışdırırdı.