Belçika  millisindən   getdi
06 mart 2023 17:13 (UTC +04:00)

Belçika millisindən getdi

0

“Antverpen” klubunun mərkəz müdafiəçisi Tobi Alderveyreld milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, "Hamınıza təşəkkür edirəm" deyən oyunçu sosial şəbəkələrdə ən gözəl anları əks etdirən video yayımlayıb.

Alderveyreld millinin heyətində 127 oyuna çıxıb, 5 qol vurub və 12 məhsuldar ötürmə edib. Üç dünya çempionatında (2014, 2018 və 2022) və iki Avropa çempionatında (2016 və 2020) oynayıb. 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında Alderveyreld milli komandanın tərkibində bürünc medal  mükafatçı olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1961

Oxşar yazılar