Belarus – Azərbaycan oyunu neytral meydanda keçiriləcək
03 mart 2022 17:13 (UTC +04:00)

Belarus – Azərbaycan oyunu neytral meydanda keçiriləcək

0

Azərbaycan millisinin Belarusla səfər oyunu neytral meydanda keçiriləcək.

Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Millətlər Liqasının qrup mərhələsində Belarus – Azərbaycan qarşılaşması neytral ölkədə oynanılacaq. Üstəlik, həmin görüşə azarkeş buraxılmayacaq.

Bu qərar Belarusun təkcə millimizə qarşı deyil, bütün ev oyunlarına şamil edilib. Qərar dərhal qüvvəyə minib. Zərurət yaranarsa, vəziyyəti yenidən qiymətləndirmək və zəruri hallarda əlavə qərarlar qəbul etmək üçün müntəzəm olaraq növbəti növbədənkənar iclaslar keçiriləcək.

Qeyd edək ki, Belarus – Azərbaycan görüşü C liqasının III qrupu çərçivəsində iyunun 6-da oynanılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2375

Oxşar yazılar