İngiltərə millisinin keçmiş futbolçusu və dünya çempionu Rocer Hant 84 yaşında vəfat edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçunun ölüm səbəbi açıqlanmır.
2006 -cı ildə Hunt İngiltərə Futbol Şöhrət Zalına daxil edilib. Keçmiş idmançı, 11 il oynadığı “Liverpul” azarkeşləri arasında çox məşhur olub. Mersisaydlıların pərəstişkarları, ingilisin cəngavər titulu olmamasına baxmayaraq, ona "Ser Rocer Hant” deyirdilər.
Hant 1962-ci ildən 1969-cu ilə qədər İngiltərə millisinin heyətində 34 oyun keçirib. Onun hesabında 18 qol var. O, 1966-cı ildə futbol üzrə dünya çempionu olub.
Hant “Liverpul”un heyətində 11 il ərzində 492 oyun keçirib və 285 qol vurub. Onu hesabında iki İngiltərə çempionluğu və bir kubok var.
Hant komandadan gedəndən sonra “Bolton Uonderers”ə keçib.