"Bavariya"nın "kəllə atan" futbolçusu belə cəzalanacaq
13 aprel 2023 12:29 (UTC +04:00)

"Bavariya"nın "kəllə atan" futbolçusu belə cəzalanacaq

0

“Bavariya” rəhbərliyi hücumçu Sadio Mane ilə bağlı insidentə cavab vermək üçün bir neçə variantı nəzərdən keçirir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, “Bavariya” üç əsas variantı nəzərdən keçirir: cərimə, müvəqqəti diskvalifikasiya və futbolçu ilə ayrılma. Mane özü bu gün, aprelin 13-də artıq Münhen təlim mərkəzinə gəlib. Futbolçunun yaxşı əhval-ruhiyyədə olduğu və gülümsədiyi qeyd edilir. “Bayern” Manenin bu gün komandadan üzr istəməsini gözləyir.

Xatırladaq ki, Mane Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti” ilə oyunundan (0:3) sonra komanda yoldaşı Leroy Zanenin üzünə zərbə endirmişdi. Nəticədə alman futbolçunun dodağı partlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1996

Oxşar yazılar