“Bavariya”nın hücumçusu Messinin rekorduna  çatır
25 aprel 2026 14:50 (UTC +04:00)

“Bavariya”nın hücumçusu Messinin rekorduna çatır

0

“Bavariya”nın fransalı hücumçusu Maykl Olise Almaniya çempionatında məhsuldar ötürmələrin sayına görə “Barselona”nın sabiq hücumçusu Lionel Messinin rekordunu qıra bilər.

Lent.az xəbər verir ki, bu gün Almaniya Bundesliqasının 31-ci turu çərçivəsində Münhen təmsilçisi “Maynts” ilə qarşılaşacaq.

2019/2020 mövsümündə Lionel Messi “Barselona”nın heyətində La Liqada keçirdiyi 33 oyunda 21 məhsuldar ötürmə edib. Cari mövsümdə isə Maykl Olisenin “Bavariya” forması ilə Bundesliqada 27 oyunda 18 assisti var. Beləliklə, fransalı futbolçunun rekordu təkrarlaması üçün qalan dörd turda daha üç məhsuldar ötürmə etməsi lazımdır.

Mövsümün son üç turunda “Bavariya” öz meydanında “Haydenhaym”ı qəbul edəcək, səfərdə “Volfsburq”la qarşılaşacaq, həmçinin evdə “Köln”lə üz-üzə gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar