ABŞ-da MÜƏMMA : ölən və yoxa çıxan 12 alim
24 aprel 2026 19:18 (UTC +04:00)

ABŞ-da MÜƏMMA: ölən və yoxa çıxan 12 alim

0

ABŞ-da 12-yə qədər alimin sirli şəraitdə həlak olması və ya yoxa çıxması böyük rezonans doğurub. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu hadisələrin alimlərin fəaliyyət sahələri ilə bağlı olması ehtimal edilir.

NASA-nın 60 yaşlı mühəndisi, raket materialları üzrə gizli layihələrdə çalışan Monika Reza Kaliforniyadakı meşədə gəzinti zamanı saniyələr içində yoxa çıxıb. Genişmiqyaslı axtarışlara baxmayaraq, ondan heç bir iz tapılmayıb. Bu hadisə tək deyil; son illərdə ABŞ-ın kosmik və ya nüvə proqramları ilə əlaqəli olan 11-12 mühüm mütəxəssis bənzər aqibətlə üzləşib.

İtkin düşən və ya vəfat edən bəzi tanınmış şəxslər bunlardır:

Uilyam "Nil" Makkaslend (Pentaqon/NASA-nın müdafiə proqramları) evdən çıxandan sonra yoxa çıxıb.

Los-Alamos Milli Laboratoriyasının nüvə tədqiqatçıları Melissa Kasias, Entoni Çaves və təhlükəsizlik üzrə mütəxəssis Stiven Qarsiya da müəmmalı şəkildə itkin düşüblər.

Fizika və astrofizika sahəsində çalışan Nunu Loureyru və Karl Qrillmayer öz evlərinin yaxınlığında güllələniblər.

Anti-qravitasiya tədqiqatçısı Emi Eskricin ölümü rəsmən intihar elan edilsə də, şübhələr qalmaqdadır.

NASA-nın DART layihəsində çalışan Maykl Giks və kosmik cihazlar mütəxəssisi Frenk Mayvaldın ölüm səbəbləri isə hələ də açıqlanmır.

Bəzi hallar şəxsi münaqişələrlə izah edilsə də, bir çox ekspert xarici müdaxilə və ya məxfi məlumatların ələ keçirilməsi cəhdlərindən şübhələnir. Konqresmen Erik Berlison hadisələrdən narahatlığını ifadə edərək FTB-ni təhqiqata çağırıb. Digər konqresmen Tim Berçett isə bu ölümlərdə aydın bir qanunauyğunluq gördüyünü və bəzi alimlərin yadplanetli kosmik gəmiləri ilə bağlı nəzəriyyələr üzərində işlədiyini qeyd edib.

Hazırda NASA və digər federal orqanlar bu hadisələr silsiləsini araşdırır. Hələlik hadisələr arasında birbaşa əlaqə rəsmən təsdiqlənməsə də, bütün qurbanların strateji cəhətdən həssas sahələrdə çalışması cəmiyyətdə müxtəlif konspiroloji versiyaların və narahatlığın artmasına səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar