Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
24 aprel 2026 15:36 (UTC +04:00)

Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində dayısını qətlə yetirməkdə təqsirləndirilən Rəhim Qasımova hökm oxunub.

Lent.az xəbər verir ki, hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən Rəhim Qasımovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilən Rəhim Qasımovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib.

Xatırladaq ki, hadisə 2025-ci ilin avqustunda paytaxtın Xətai rayonu ərazisində yerləşən mənzillərdən birində baş verib. 

60 yaşlı Firdovsi Həsənovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İkin araşdırmalarla 32 yaşlı Rəhim Qasımovun bıçaqla xəsarət yetirərək Firdovsi Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Onun üzərinə baxış zamanı narkotik vasitə aşkar edilib. 

Rəhim Qasımova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 157.1-ci (mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma), 234.4.1 və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 482

Oxşar yazılar