Qvardiola bu milli komandanın baş məqşçisi  ola bilər
25 aprel 2026 09:42 (UTC +04:00)

Qvardiola bu milli komandanın baş məqşçisi ola bilər

0

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola milli komandada işləməyə keçə və İtaliya millisinin baş məşqçisi ola bilər.

Lent.az bildirir ki, "La Gazzetta dello Sport"un məlumatına görə, ispaniyalı məşqçi bu mövsümün sonundan sonra bu seçimə açıqdır. O, milli komanda ilə işləməyin ona klub futbolu ilə müqayisədə daha rahat fəaliyyət göstərməyə imkan verəcəyinə inanır.

Təyinat komanda daxilində də dəstəklənir. "Yuventus"un keçmiş müdafiəçisi Leonardo Bonuççi qeyd edib:

"Əgər sıfırdan başlamaq istəyi varsa, mən Qvardiolaya üstünlük verərdim. Buna nail olmaq çətindir, amma biz belə bir məşqçiyə sahib olmağı xəyal edirik".

"Mançester Siti" baş məşqçinin verdiyi hər hansı bir qərarı qəbul etməyə hazırdır. Əgər o, getsə, ilkin danışıqların aparıldığı "Çelsi"nin keçmiş məşqçisi Enzo Mareska vəzifəsini icra edə bilər.

İtaliya millisi ardıcıl üçüncü mövsüm Dünya çempionatına vəsiqə qazana bilməyib və Bosniya və Herseqovinaya penaltilərdə uduzub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 411

Oxşar yazılar