Martın 9-da Çempionlar Liqasının ⅛ final mərhələsinin cavab oyununda "Bavariya" PSJ-ni qəbul edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, görüş münhenlilərin 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb və iki görüş əsasında (3:0) komanda yarışın 1/4 finalına yüksəlib.
“Opta Sport” statistik portalının məlumatına görə, bu, “Bavariya”nın turnirin bu mərhələsində 21-ci çıxışıdır ki, bu da turnir tarixində rekord göstəricidir.
Alman klubunun qollarını hücumçu Erik Şupo-Motinq və cinah oyunçusu Serj Qnabri vurub. Parisdə baş tutan ilk oyunda Münhen klubu fransız Kinqsli Komanın qolu sayəsində 1:0 hesablı qələbə qazanıb.