"Bavariya" onun üçün  120 milyon   ödəməyə hazırdır
25 sentyabr 2023 17:48 (UTC +04:00)

"Bavariya" onun üçün 120 milyon ödəməyə hazırdır

0

Almaniya çempionu "Bavariya" İspaniya çempionu "Barselona"nın ispaniyalı yarımmüdafiəçisi Pedrini almaq niyyətindədir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Münhen klubu 20 yaşlı futbolçu üçün 120 milyon avro ödəməyə hazırdır.

2019-cu ildə Pedri 17,5 milyon avroya “Las Palmas”dan “Barselona”ya keçib. Onun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına kimi nəzərdə tutulub.

“Transfermarkt” Pedrinin transfer dəyərini 100 milyon avro olaraq qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5547

Oxşar yazılar