"Bavariya" bahalı futbolçudan imtina etdi
05 may 2023 11:40 (UTC +04:00)

"Bavariya" bahalı futbolçudan imtina etdi

0

“Bavariya” Viktor Osimheni almaq fikrindən əl çəkib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Münhen klubu “"Napoli”nin hücumçusunun transferini çox baha hesab edir. Belə ki, oyunçunun dəyəri 120-150 milyon avro arasında olub.

Məlumata görə, hazırda “Bavariya” “Ayntraxt Frankfurt”un Randal Kolo-Muanini və ya “Atalanta”nın oyunçusu Rasmus Heilundu almaq imkanını nəzərdən keçirir.

Eyni zamanda, Kolo-Muaninin transferi təxminən 120 milyon avroya başa gəlir. Transfermarkt Heilundun bazar dəyərini 35 milyon dəyərində qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1640

Oxşar yazılar