Baş məşqçinin qayıtması üçün yalvardılar
10 mart 2023 10:32 (UTC +04:00)

Baş məşqçinin qayıtması üçün yalvardılar

0

“Tottenhem”in futbolçuları Maurisio Poçettinonun yenidən baş məşqçi postuna qayıtmasını səbirsizliklə gözləyirlər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, klubda Antonio Kontenin müqaviləsinin yenilənməyəcəyinə inam artır. London komandasının veteranları argentinalı mütəxəssisin cəsarətli oyunu üçün darıxırlar və hesab edirlər ki, futbolçuların inkişafına lazımi diqqət yetirilmir.

Məlumata görə, hətta bəzi oyunçular və klub işçiləri fürsət düşən kimi Poçettinoya qayıtması üçün yalvarıblar.

50 yaşlı Poçettino 2022-ci ilin yayında PSJ tərəfindən istefaya göndərilmib. Həmin vaxtdan məşhur argentinalı mütəxəssis işdən kənarda qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3015

Oxşar yazılar