Baş məşqçi Müllerin  millidəki gələcəyindən   DANIŞDI
13 mart 2023 14:10 (UTC +04:00)

Baş məşqçi Müllerin millidəki gələcəyindən DANIŞDI

0

Almaniya yığmasının baş məşqçisi Hans-Diter Flik “Bavariya”nın hücumçusu Tomas Müllerin millidəki perspektivindən danışıb.

“Mən Tomas ilə onun mart və iyun aylarında keçiriləcək oyunlara çağrılmayacağını müzakirə etmişəm. Amma bu, onun Almaniya millisindəki karyerasının bitməsi və ya Avropa çempionatında heç bir rol oynamayacağı anlamına gəlmir. O, bu vəziyyəti mənim kimi qəbul edir: millinin oyunçususansa, deməli, təqaüdə çıxmırsan. Sizə ya zəng gəlir, ya da yox. Niyə belə bir oyunçunun qapılarını bağlamalıyam? Onun “Bavariyada”kı roluna baxın. O, çox vacib oyunçudur və mən onun üçün çox xoşbəxtəm”, - Lent.az xarici mediaya istinadən bildirir ki, Flik deyib.

Almaniyanın Qətərdə keçirdiyi fəlakətli dünya çempionatından sonra Müller milli komandadakı karyerasını bitirməyi düşünsə də, beynəlxalq səviyyədə oynamağa davam etmək qərarına gəlib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1704

Oxşar yazılar