Baş məşqçi İngiltərədən qovuldu: Türkiyədən təklif gəldi
01 mart 2022 23:21 (UTC +04:00)

Baş məşqçi İngiltərədən qovuldu: Türkiyədən təklif gəldi

0

“Lids”dən yenicə istefaya göndərilən Marselo Byelsa işsiz qalmayacaq.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis artıq bir neçə təklif alıb.

67 yaşlı çalışdırıcının xidmətində maraqlı olan klublardan biri də “Fənərbaxça”dır. İstanbul nəhənginin prezidenti Ali Koç təcrübəli çalışdırıcını gələn mövsümdən komandanın sükanı arxasına gətirməkdə israrlıdır. Klub rəhbəri həftə ərzində Byelsa ilə görüşməyi planlaşdırır.

Qeyd edək ki, “Fənərbaxça”da baş məşqçi postuna digər namizədlər Yoahim Löv və Xorxe Xesusdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3358

Oxşar yazılar