“Barselona”nın hakimlərə rüşvət verməsi barədə qalmaqal böyüyür.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hakim işində təqsirli bilinərsə, “Barselona” aşağı liqaya düşəcək.
Texniki hakimlər komitəsinin vitse-prezidenti Xose Mariya Henrikes Neqreiraya verilən ödənişlərin klubun hakimliyini təmin etmək məqsədi daşıdığı sübuta yetirilərsə, “Barselona” günahkar bilinəcək. Əks halda iş bağlanacaq.