“Barselona” İspaniya La Liqasında, eləcə də Çempionlar Liqasında iştirakdan kənarlaşdırıla bilər.
Lent.az bildirir ki, “Diario Sport”un xəbərinə görə, Neqreyra işi üzrə klub rəhbərliyinin günahı sübuta yetirilərsə, klubu yuxarıda sadalanan iki turnirdə oynamaq hüququndan məhrum edilməyə qədər ən ciddi sanksiyalar gözləyir.
Bununla bağlı klub rəhbərləri artıq komandanın Asiya turnirlərində iştirak variantlarını nəzərdən keçirir.
Xatırladaq ki, 32 turdan sonra kataloniyalılar 79 xalla İspaniya çempionatında ən yaxın izləyicisi “Real”I 11 xal qabaqlayır.