Ansu Fati "Barselona"da qalmaq niyyətindədir.
Lent.az bildirir ki, “Mundo Deportivo”nun xəbərinə görə, 20 yaşlı vinger Kataloniya klubundan ayrılmaq istəmir və kluba vacib oyunçu olduğunu sübut etməkdə qərarlıdır.
"Barselona"nın Fatinin daha bir mövsüm klubda qalmasına maraqlı olduğu qeyd edilir.
Daha əvvəl Kataloniya klubunun yay transfer pəncərəsində ispaniyalını satmaq istədiyi bildirilirdi.