Yeni futbol mövsümünün başlaması “Barselona” üçün əsl uğursuzluq olub. Yayda Ronald Kumanın komandası lideri Lionel Messini maliyyə probleminə görə itirib.
Lent.az xəbər verir ki, komandanın futbol meydanındakı nəticələri də ürəkaçan deyil. Kataloniyalılar çemionatın 7 oyununun 4-də xal itiriblər, ötən həftənin şənbə günü isə “Atletiko”ya uduzublar.
“Barselona” Çempionlar Liqasının qrup mərhələsinə də iki darmadağınlı məğlubiyyətə başlayıb. Kataloniya təmsilçisi həm “Bavariya”, həm də “Benfika”ya eyni hesabla (3:0) uduzub.
Bu uğursuzluqlar səbəbindən baş məşqçi Ronald Kumanın əvəzlənəcəyi ilə bağlı şayiələr dolaşmağa başlayıb.
Bu arada, bukmeykerlər, “Barselona”nın Ronald Koemandan sonra növbəti tamhüquqlu baş məşqçisi ilə bağlı bahisləri də qəbul edir. Bu posta favorit namizəd isə Xavi Ernandes hesab olunur.
Kataloniya klubunun əfsanəsi hazırda Qətərin “Al-Sadde” klubunu çalışdırır. Bundan əlavə əsas vaforitlər arasında ilk üçlükdə “Yuventus”un keçmiş baş məşqçisi Andrea Pirlo və Belçika mllisinin hazırkı baş məşqçisi Roberto Martinesin də adları çəkilir.
Son məlumata görə, Ronald Kumana klub rəhbərliyi daha 3 oyunluq şans verib.
Digər namizədlər isə bunlardır: Marselo Qalyardo, Antonio Konte, Erik ten Haaq, Alfred Shreder.
Hətta Ukrayna millisinin keçmiş baş məşqçisi Andrey Şevçenko ilə Moldovanın “Şerif” klubuna Çempionlar Liqasında sensasiyaya səbəb olacaq qələbələr qazandıran Yuri Verniubun (yeri gəlmişkən, o da ukraynalıdır) da adları Kumanı əvəzləyə biləcək namizədlər arasındadır.