"Barselona" Ukrayna klubunu məğlub etdi
25 oktyabr 2023 23:10 (UTC +04:00)

"Barselona" Ukrayna klubunu məğlub etdi

0

İspaniyanın "Barselona" klubu Çempionlar Liqasının qrup mərhələsində Ukraynanın "Şaxtyor" klubuna qalib gəlib. 

Lent.az xəbər verir ki, Barselonada baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Kataloniyalıların qollarını Ferran Torres və Fermin Lopez Martin vurub.

Qonaqların yeganə qolunu Georgi Sudakov vurub.

Üçüncü görüşdə qazandığı üçüncü qələbə sayəsində “Barselona” H qrupunda liderliyini möhkəmləndirib. Komandanın 9 xalı var. “Şaxtyor” üç xalla üçüncü pillədə qərarlaşıb. Kvartetə həmçinin Portuqaliyanın “Porto”su (üç xal) və Belçikanın “Antverpen”i (xalı yoxdur) daxildir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3493

Oxşar yazılar