“Vilyarreal”ın yarımmüdafiəçisi Daniel Parexo yay transfer pəncərəsində “Barselona”ya keçməyəcək.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Kataloniya klubu bütün diqqətini “İnter”in yarımmüdafiəçisi Marselo Brozoviçlə müqaviləyə yönəldərək, Parexodan imtina edib. Əgər klub Brozoviçlə bağlı uğur qazanmasa, öz yetirməsi olan “Jirona”nın yarımmüdafiəçisi Oriol Romeunı hədəfə alacaq.
Xatırladaq ki, “Barselona” “İnter Mayami”yə yollanan Serxio Busketsi əvəz edə biləcək yarımmüdafiəçi axtarır. Bununla belə, istənilən sövdələşməni transferə məhdud miqdarda xərcləyə bilən mavi qranatların zəif maliyyə vəziyyəti çətinləşdirir.