“Barselona” hələ də Messiyə  borcludur
03 iyul 2023 15:15 (UTC +04:00)

“Barselona” hələ də Messiyə borcludur

0

"Barselona"nın prezidenti Joan Laporta  Lionel Messi ilə bağlı vəziyyətdən danışıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə,  Laporta təsdiqləyib ki, “Barselona” hələ də maaşının bir hissəsini Messiyə borcludur və növbəti iki il üçün ona ödəyəcək.

"Messinin təxirə salınmış maaşı əvvəlki direktorlar şurası ilə razılaşdırılıb, biz ona 2025-ci ilə qədər maaş verməyə davam edəcəyik", - Laporta bildirib.

Onun sözlərinə görə, Messi davamlı olaraq maaş alır və bu, klubun əmək haqqı fondunu gərginləşdirir: “Lakin La Liqa ilə münasibətlərin yaxşılaşması ilə Messinin ödənişləri bizim maliyyə feyr-pleyimizə təsir etməyəcək”.

Təəccüblüdür ki, Leo Messi klubdan ayrıldıqdan iki il sonra “Barselona”nın maaş siyahısında qalır.

Laporta argentinalıya borclu olduğu pulun onun təxirə salınmış maaşı olduğunu və bu barədə “Barselona”nın keçmiş prezidenti Xosep Mariya Bartomeu ilə danışıq aparıldığını açıqlayıb.

Klubun bəzi keçmiş oyunçulara da milyonlarla borcu var, lakin məsələn, Jerar Pike kluba kömək etmək üçün “Barselona” nın böyük borcunu bağışlamağa qərar verib.

Bu yay Kataloniya təmsilçisi Messini kluba qaytarmağa çalışıb, lakin maliyyə təklifi kifayət qədər inandırıcı olmadığı üçün o, “İnter Mayami”yə qoşulmağa qərar verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1981

Oxşar yazılar