Azərbaycan karateçisi Avropa Oyunlarının qalibi oldu-FOTO
22 iyun 2023 21:49 (UTC +04:00)

Azərbaycan karateçisi Avropa Oyunlarının qalibi oldu-FOTO

0

Azərbaycan karateçisi Tural Ağalarzadə Krakov-2023 III Avropa Oyunlarının qalibi adını qazanıb.

Lent.az-ın Apasport.az saytına istinadla  məlumatına görə, 67 kq çəkidə qüvvəsini sınayan Avropa çempionatının mükafatçısı finalda yunanıstanlı Dionisios Xenosla üz-üzə gəlib.

Təmsilçimiz qrup mərhələsində olduğu kimi, bu dəfə də rəqibinə şans verməyib. Döyüşü aktivinə yazan Ağalarzadə Polşada qızıl medala yiyələnib. Bu həm də, Azərbaycan millisinin Krakov-2023-də ilk mükafatı olub.

O, qrup mərhələsində İv Tadiss (Macarıstan), Toni Pissino (İsveçrə) və Dionisios Xenosa (Yunanıstan) qalib gəlib. Tural yarımfinalda isə polşalı Miloş Sabieçkini məğlub edib.

Qeyd edək ki, Ağalarzadə fərqli, digər 3 karateçimiz Oyunları mükafatsız bitirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2360

Oxşar yazılar