Azərbaycan boksçusu Avropa Oyunlarında yarımfinala yüksəldi
28 iyun 2023 23:05 (UTC +04:00)

Azərbaycan boksçusu Avropa Oyunlarında yarımfinala yüksəldi

0

Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+92 kq) Polşada keçirilən III Avropa Oyunlarında növbəti döyüşünə çıxıb.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, dünya çempionatının mükafatçısı 1/4 finalda Stilianos Pouliasla (Yunanıstan) üz-üzə gəlib.

Görüş boksçumuzun qələbəsi ilə başa çatıb. Abdullayev rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.

O, yarımfinala çıxmaqla özü üçün ən azı bürünc medalı təmin edib. Məhəmməddən öncə Murad Allahverdiyev (80 kq) də 1/4 final döyüşünü qələbə ilə bitirib.

Qeyd edək ki, Avropa Oyunlarında yarımfinal döyüşləri iyunun 30-da olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1891

Oxşar yazılar