Cüdoçularımız Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmələr arasında keçirilən Avropa Kuboku turnirində komanda hesabında 1-ci yeri tutub.
Lent.az-ın məlumata görə, Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
Turnirin 2-ci – son günündə Süleyman Şükürov (73 kq), Aslan Kotsoyev (81 kq) qızıl və Ramazan Əhmədov (+90 kq) gümüş medalçı olub.
Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.