Azardan ETİRAF:  “Ançelotti ilə danışmıram,   amma...”
14 mart 2023 13:25 (UTC +04:00)

Azardan ETİRAF: “Ançelotti ilə danışmıram, amma...”

0

Lent.az bildirir ki, bu barədə İspaniya mətbuatı xəbər yayıb.

“Real”ın belçikalı yarımmüdafiəçisi Eden Azar  baş məşqçisi Karlo Ançelotti ilə münasibətlərinin gərgin olmasına baxmayaraq, komandadan ayrılmaq fikrində olmadığını bildirib.

“Mən yalnız futbol haqqında düşünürəm. Ona görə də getməyi düşünmürəm. Mənə lazım olan tək şey oyun vaxtıdır.

Mənimlə Ançelotti arasında hörmət var. Amma deməyəcəyəm ki, biz bir-birimizlə danışırıq, çünki danışmırıq. Növbəti oyunda məni buraxmasa belə, Karlo Ançelotti kimi oğlana hörmət etməliyəm. Futbolu təmsil etdiyinə, karyerasında nələrə nail olduğuna görə”, - futbolçu deyib.

Xatırladaq ki, bu mövsüm belçikalı bütün klub yarışlarında cəmi 7 oyun keçirib və bir qol vurub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1665

Oxşar yazılar