Avropada ilin futbolçusu Kərim Benzema  oldu
25 avqust 2022 23:24 (UTC +04:00)

Avropada ilin futbolçusu Kərim Benzema oldu

0

Avropada ilin futbolçusu mükafatının sahibi bəlli olub.

Lent.az-ın məlumatına görə, ən yaxşının adı Çempionlar Liqasının 2022/23 mövsümünün qrup mərhələsinin püşkatma mərasimində açıqlanıb.

Kərim Benzema (Fransa, “Real”) ilin oyunçusu adına layiq görülüb. O, komanda yoldaşı Tibo Kurtua (Belçika, “Real”) və Kevin de Breyneni (Belçika, “Mançester Siti”) üstələyib.

Qeyd edək ki, tədbirdə Çempionlar Liqasında ötən mövsümün ən yaxşı baş məşqçisi də mükafatlandırılıb. Bu titula "Real"ın çalışdırıcısı Karlo Ançelotti layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2131

Oxşar yazılar