Avropa Liqasında "Barselona"nın rəqibi Almaniya klubu oldu
18 mart 2022 16:51 (UTC +04:00)

Avropa Liqasında "Barselona"nın rəqibi Almaniya klubu oldu

0

Avropa Liqasında 1/4, 1/2 və final mərhələlərinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində keçirilib.

Qitənin ikinci dərəcəli klub turnirinin mövsümdəki son püşkatmasında öncə 1/4 final cütləri müəyyənləşib. 1/8 final səddini adlayanlar 4 cütlük təşkil edib. 1/4 final matçları aprelin 7-də və 14-də təşkil olunacaq.

Ardınca yarımfinalın mümkün cütləri müəyyənləşib. İspaniyanın Sevilya şəhərindəki finalın nominal meydan sahibi də bəlli olub. Yarımfinal aprelin 28-də və mayın 5-də, final mayın 18-də keçiriləcək.

Avropa Liqası

1/4 final

1. “Leypsiq” (Almaniya) - “Atalanta” (İtaliya)

2. “Ayntraxt” (Almaniya) - “Barselona” (İspaniya)

3. “Vest Hem” (İngiltərə) - “Lion” (Fransa)

4. “Braqa” (Portuqaliya) - “Reyncers” (Şotlandiya)

1/2 final

5. 1-ci cütün qalibi - 4-cü cütün qalibi

6. 3-cü cütün qalibi - 2-ci cütün qalibi

Final

7. 6-cı cütün qalibi - 5-ci cütün qalibi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1654

Oxşar yazılar