"Atletiko" yeni ev stadionu “Civitas Metropolitano” da tarixi rekorda imza atıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, sentyabrın 24-də Madrid klubu La Liqanın 6-cı turunun matçında evdə “Real”a qalib gəlib (3:1). Bu qələbə “Atletiko”nun tarixdə ilk dəfə olaraq “Civitas Metropolitano”da ardıcıl 11-ci qələbəsi olub.
"Real" ilə görüşdən əvvəl "Atletiko" evdə "Atletik" (1:0), "Sevilya" (6:1), "Valensiya" (3:0), "Betis" (1:0), "Almeriya" (2:1), "Malyorka" (3:1), “Kadis” (5:1), “Osasuna” (3:0), “Real Sosyedad” (2:1) və “Qranada” (3:1 ) komandalarını məğlub edib,
"Atletiko" 2017/18 mövsümündən bəri "Civitas Metropolitano"da oynayır. Arena 1994-cü ildə tikilib, sonra yenidən qurulub.