“Çelsi”nin yarımmüdafiəçisi Kay Havertz “Arsenal”a keçib.
Lent.az xarici mediaya istinadla bildirir ki, alman futbolçunun transferi üçün “topçular” 75 milyon avro ödəyib və onunla 2028-ci ilə qədər müqavilə imzalayıb.
Məlumata görə, 24 yaşlı yarımmüdafiəçi yalnız tibbi müayinənin qalan hissəsini keçməlidir. “Arsenal”ın baş məşqçisi Mikel Arteta Havertzi komandasında görmək istəyirdi, ona görə də qısa müddətdə müqavilə bağlamağa çalışdılar.
Havertz “Çelsi”yə 2020-ci ilin sentyabrında “Bayer Leverkuzen”dən keçib. Komandanın heyətində 139 matçda 32 qol vurub, 15 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilənin müddəti 2025-ci ilin yayında başa çatır.
