"Arsenal" "Barselona"nın müdafiəçisini alır
18 avqust 2023 18:14 (UTC +04:00)

"Arsenal" "Barselona"nın müdafiəçisini alır

0

"Arsenal"ın qadınlardan ibarət klubu "Barselona"nın ispaniyalı müdafiəçisi Laia Kodinanı transfer etmək üçün razılığa gəlib.

Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçunun İspaniya millisi ilə birlikdə turnirin finalına yüksəldiyi 2023-cü il qadınlar arasında dünya çempionatından dərhal sonra Londona gedəcəyi gözlənilir.

WFM-2023 finalında İspaniya və İngiltərə yığmaları qarşılaşacaq. Qarşılaşma bazar günü, avqustun 20-də baş tutacaq.

Kodina iyun ayında "Barselona" ilə qadınlar arasında ikinci Çempionlar Liqasının qalibi olub. "Arsenal" qadınlar arasında futbol çempionatında yalnız "Mançester Yunayted" və "Çelsi"dən geri qalaraq üçüncü yeri tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 9923

Oxşar yazılar