Agenti onu “Real”a  təklif etdi
06 mart 2023 16:24 (UTC +04:00)

Agenti onu “Real”a təklif etdi

0

"Milan"ın cinah oyunçusu Rafael Leaunun agenti "Real"a futbolçunun kral klubuna keçməsini təmin etməyi təklif edib.

Lent.az bildirir ki, bu barədə İtaliya mətbuatı xəbər verir.

Mənbənin sözlərinə görə, bu təklif təxminən bir ay əvvəl baş tutan görüşdə səslənib, lakin Madrid klubu hələ ki buna cavab verməyib. Jurnalistlər keçid ehtimalının yüksək olmadığını qeyd edirlər. “Real”da Leaunun mövqeyində indi yaxşı formada olan Vinisius Junior oynayır.

Bu mövsüm "Milan"ın heyətində A Seriyasında 23 oyuna çıxan Leau 8 qol vurub və 7 qola assistentlik edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1845

Oxşar yazılar