Tanınmış israilli agent Yakov Qerşenson İngiltərənin "Çelsi" klubunun keçmiş sahibi Roman Abramoviçin klubu satıldıqdan sonra futbola qayıdıb-qayıtmayacağı ilə bağlı ehtimal irəli sürüb.
“Roman Abramoviç futbola qayıdacaqmı? Mən belə düşünmürəm. Onu “Çelsi”də küncə sıxışdırmışdılar. Abramoviç futbolda hər şeyə nail olub, onu azarkeşlər və keçmiş futbolçular sevir və hörmət edirlər. Şübhəsiz ki, ürəyində o, “Çelsi”nin azarkeşi olaraq qalır, amma başqa yerdə ciddi futbol layihəsi təşkil etmək istədiyini düşünmürəm”, - Lent.az xarici mediaya istinadən bildirir ki, Yakov bildirib.