“Transfermarkt” portalı 2024-cü ilin qış transfer pəncərəsində ən bahalı transferlərin reytinqini təqdim edib.
Lent.az xarici mediaya istinadən məlumat verir ki, bu qışın ən bahalı transferi 18 yaşlı braziliyalı hücumçu Vitor Rokenin "Atletiko Paranaense"dən 40 milyon avroya "Barselona"ya transferi olub.
İkincisi 23 yaşlı fransalı müdafiəçi Saşa Boenin "Qalatasaray"dan 30 milyon avroya "Bavariya"ya transferidir.
İlk üçlüyü 21 yaşlı rumıniyalı müdafiəçi Radu Drequşinin 25 milyon avroya “Cenoa”dan “Tottenhem”ə transferi tamamlayıb.
2024-cü ilin ən bahalı 10 qış transferi
1. Vitor Roke (40 milyon avro, "Atletiko Paranaense"dən "Barselona"ya);
2. Saşa Boe (30 milyon avro, "Qalatasaray"dan "Bavariya"ya);
3. Radu Drequşin (25 milyon avro, "Cenoa"dan "Tottenhem"ə);
4. Elif Elmas (24 milyon avro, "Napoli"dən “Leypsiq”ə);
5. Renan Lodi (23 milyon avro, “Marsel”dən “Əl-Hilal”a);
6. Adam Uorton (21,1 milyon avro, “Blekbern”dən “Kristal Pelas”a);
7. Qabriel Moskardo (20 milyon avro, "Korintians"dan PSJ-yə);
8. Lukas Beraldo (20 milyon avro, “San-Paulo”dan PSJ-yə);
9. Artur Vermeeen (18 milyon avro, “Antverpen”dən “Atletiko” Madridə);
10. Markos Leonardo (18 milyon avro, “Santos”dan “Benfika”ya).
Ümumilikdə, Avropa klubları bu qış transferlərə 467,3 milyon avro xərclədiyi halda, son qış pəncərəsində yeni oyunçuların alınması üçün xərclər təxminən 1,1 milyard avro təşkil edib.