1931-ci ildən sonra İLK DƏFƏ:  “Mançester Yunayted”  7:0 hesabı ilə   uduzdu
05 mart 2023 23:16 (UTC +04:00)

1931-ci ildən sonra İLK DƏFƏ: “Mançester Yunayted” 7:0 hesabı ilə uduzdu

0

Premyer Liqanın 25-ci turunun oyununda "Liverpul" doğma meydanda "Mançester Yunayted"i 7:0 hesabı ilə məğlub edib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qolları Kodi Qakpo (43 və 50-ci dəqiqələrdə), Darvin Nunes (47 və 75-ci dəqiqələrdə, Məhəmməd Salah (66 və 83-cü dəqiqələrdə və 88-ci dəqiqədə Roberto Firmino vurublar. 

Salah “Liverpul”un heyətində İngiltərə çempionatında 129-cu qolunu vurub və və Robbi Fauleri bu göstəriciyə görə geridə qoyaraq altıncı sıraya yüksəlib. “Liverpul”un çempionatda ən yaxşı bombardiri İan Raşdır (229), ardınca Rocer Hant (244), Qordon Hodjson (233), Billi Liddell (215) və Stiven Cerrard (186) gəlir.

“Mançester Yunayted” daha əvvəl eyni hesabla “Bləkbern” (1926), “Aston Villa” (1930) və “Vulverhempton””a (1931) məğlub olub. Bu nəticə klub tarixində ən böyük hesablı məğlubiyyətdir.

Komandalar cari Premyer Liqada ikinci dəfə üz-üzə gəlib. Üçüncü turun oyununda "Mançester Yunayted" evdə 2:1 hesabı ilə qalib gəlib.

Yurgen Kloppun yetirmələri qələbə sayəsində 42 xalla Premyer Liqanın cədvəlində 5-ci pilləyə yüksəlib. “Mançester Yunayted” 49 xalla üçüncüdür. Növbəti turda “Liverpul” martın 11-də “Bornmut”la səfərdə görüşəcək, “Mançester Yunayted” martın 12-də “Sauthempton”u qəbul edəcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3312

Oxşar yazılar