100 metr məsafəni  hündürdaban   ayaqqabıda qaçdı: Ginnesin Rekordlar Kitabına düşdü
28 iyun 2023 16:37 (UTC +04:00)

100 metr məsafəni hündürdaban ayaqqabıda qaçdı: Ginnesin Rekordlar Kitabına düşdü

0

İspaniyalı 100 metr məsafəni hündürdaban ayaqqabılarla qaçaraq Ginnesin Rekordlar Kitabına düşüb.

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, Kristian Roberto Lópes Rodriqes bu məsafəni 7 santimetr dabanı olan ayaqqabı ilə 12,82 saniyəyə qət edərək, Ginnesin Rekordlar Kitabına düşüb.

“Hazırlıq çox hərtərəfli və konkret olub”, - 34 yaşlı Rodriqes bildirib. “Hündürdaban ayaqqabıda yüksək sürətlə qaçmaq mənim üçün çox çətindir. İspaniyada belə yarışlar olur və mən onları həmişə bəyənmişəm”.

O, əvvəlki rekordçu, 2019-cu ildə 14,02 saniyə ilə rekord vuran alman Andre Ortolfu geridə qoya bilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1925

Oxşar yazılar