Yol qəzalarında 2 nəfər ölüb, 2-si yaralanıb
31 mart 2022 09:16 (UTC +04:00)

Yol qəzalarında 2 nəfər ölüb, 2-si yaralanıb

0

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 73 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-dən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 71 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermib, nəticədə 2 nəfər ölmüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1587

Oxşar yazılar