Ağır Cinayətlər Məhkəməsi dələduzluqda təqsirləndirilən şəxslərə bəraət verdi
19 fevral 2016 14:22 (UTC +04:00)

Ağır Cinayətlər Məhkəməsi dələduzluqda təqsirləndirilən şəxslərə bəraət verdi

0

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bakı şəhər sakinləri Mehdi Məmmədov, Bahəddin Ələkbərov və Camal Allahverdiyevin cinayət işi üzrə məhkəmən prosesi davam edib.

 

Vəkil Orxan Əhmədovun Lent.az-a verdiyi məlumata görə, hakim Mirzə Xankişiyevin sədrliyi keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Mehdi Məmmədov 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxşlər barəsində isə bəraət hökmü çıxarılıb.

 

Qeyd edək ki, təqsirləndirilən hər 3  şəxs Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) maddələri ilə ittiham edilirlər. Həmçinin Mehdi Məmmədova əlavə olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə də ittiham verilib.

Mehdi Məmmədov Bakı şəhərində 56 min manata mənzil alıb və daha sonra həmin mənzili Gürcüstan vətəndaşı Cəmilə Məmmədovaya 70 min manata satıb. Cəmilə Məmmədova ilə Mehdi Məmmədov arasında qeyri rəsmi ər-arvad münasibəti olub.

Sonradan Cəmilə Məmmədova evin 56 min manata alındığını və ona 70 min manata satıldığını bilib. O, Mehdi və digər şəxslərdən pulunun geri qaytarılmasını istəyib. Mehdigil ona evi verdiklərini və pulu qaytarmayacaqlarını deyib. Bu zaman Cəmilə ilə Mehdinin arasında mübahisə yaranıb. Mübahisə zamanı Mehdi Cəmiləni döyüb. Cəmilə döyülmə nəticəsində xəsarət alıb və xəstəxanada müayinə olunub.

Bundan sonra Cəmilə Mehdi Məmmədovanın və digər şəxslər barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında Mehdi Məmmədov, Bahəddin Ələkbərov və Camal Allahverdiyev həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar