Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Mehdiyev Orxan Mübariz oğlu barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, hadisə 2014-cü ilin iyul ayının 7-də Zabrat qəsəbəsində baş verib. Kürdəmir rayon sakini, 1992-ci il təvəllüdlü Mehdiyev Orxan Mübariz oğlu ilə Andrey Vladimiroviç Tbiziyev arasında bir-birinin avtomobilinə yol vermək məsələsində mübahisə yaranıb. Nəticəsində, O.Mehdiyev A.Tbiziyevi vintaçanla qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Mehdiyev 17 il müddətə azadlıqdan məhrum edilib.