Tanışını ürəyindən bıçaqlayıb öldürən şəxsin məhkəməsi başlayıb
15 fevral 2016 11:44 (UTC +04:00)

Tanışını ürəyindən bıçaqlayıb öldürən şəxsin məhkəməsi başlayıb

0

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəfael Həsənovun cinayət işi üzrə məhkəmənin hazılıq iclası başlayıb.

 

Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin baxış iclası fevralın 22-nə təyin edilib.

 

Qeyd edək ki, hadisə 2015-ci ildə Binəqədi rayonunda baş verib. R.Həsənov tanışı Tural Babayevlə mübahisə edib. Nəticədə o, tanışını üzərində gəzdirdiyi bıçaqla vurub. Döş qəfəsindən yara alan T.Babayev dünyasını dəyişib. Hadisədən sonra R.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 357

Oxşar yazılar