Tanışını bıçaqlayan şəxsə 8 il həbs cəzası verildi
18 fevral 2016 11:04 (UTC +04:00)

Tanışını bıçaqlayan şəxsə 8 il həbs cəzası verildi

0

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən 1992-ci il təvəllüdlü Maarif Dəmirovun cinayət işi üzrə məhkəmə başa qatıb. 

 

Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. M.Dəmirov 8 il müddətinə azadlıqdan məhrum edilib. 

 

Qeyd edək ki, hadisə 2015-ci ilin sentyabr ayında Nəsimi rayonunda baş verib. M.Dəmirov münaqişə zəminində tanışı 1992-ci il təvəlüdlü Etibar Mehdiyevi bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. M.Dəmirov Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.  O, Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 363

Oxşar yazılar