Taleh Bağırzadənin şikayətinə baxılıb: özü də məhkəməyə gətirilib
05 fevral 2016 17:37 (UTC +04:00)

Taleh Bağırzadənin şikayətinə baxılıb: özü də məhkəməyə gətirilib

0

 

Bu gün Nəsimi Rayon Məhkəməsində illahiyatçı Taleh Bağırovun şikayəti üzrə məhkəmə prosesi keçirilib.

 

Vəkil Cavad Cavadovun Lent.az-a verdiyi məlumata görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə Taleh Bağırovun özü də iştirak edib. Vəkilin sözlərinə görə, prosesdə şikayətin dəlilləri araşdırılıb, T. Bağırovun izahatı elan olunub.

 

Qərarın elan olunması fevralın 9-a saxlanılıb. Taleh Bağırov artıq Bakı İstintaq Təcridxanasına köçürülüb. 

 

Taleh Bağırov vəkili ilə görüşünə icazə  verilməməsi, “həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Qeyd edək ki, T. Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 214.2.1-ci (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 220.2-ci (Kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 283.2.3-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə), 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar