Suriyada döyüşən azərbaycanlıya 15 il həbs verildi
14 dekabr 2015 12:03 (UTC +04:00)

Suriyada döyüşən azərbaycanlıya 15 il həbs verildi

0

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində  Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirli bilinən  Elşən Adilovun  cinayət  işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. E.Adilov 15 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, prokuror Elşən Adilovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Qeyd edək ki, Elşən Adilov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti” (İŞİD) terrorçu təşkilatının fəaliyyətində iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar