Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə növbəti məhkəməsi təxirə salınıb.
Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilməli olan prosesin təxirə salınmasına səbəb M.Səlimovun müdafiəçilərinin iclasda iştirak etməməsi olub.
Məhkəmənin fevralın 12-nə təyin edilib.
Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.