Sabiq icra başçısı məhkəmə zalında həbs edildi
09 dekabr 2015 17:13 (UTC +04:00)

Sabiq icra başçısı məhkəmə zalında həbs edildi

0

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Qobustan rayonunun sabiq icra başçısı Alışov Rafiq Şıxməmməd oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun barəsində seçilmiş ev dustaqlığı dəyişdirilərək, həbs-qətimkan tədbiri ilə əvəzlənib. R.Alışov məhkəmə zalında həbs edilib.

Məhkəmə baxışı dekabrın 18-ə təyin edilib.

Qeyd edək ki, Rafiq Şıxməmməd oğlu Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda zərər vurmaqla özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə dələzuluqda) ilə cinayət işi açılıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar