Qısqanc ər 21 yaşlı arvadının başını kəsdi - TƏFƏRRÜAT
15 avqust 2013 16:45 (UTC +04:00)

Qısqanc ər 21 yaşlı arvadının başını kəsdi - TƏFƏRRÜAT

0

Bu gün səhər saatlarında Ağcabədi rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Kəbirli kənd sakini 35 yaşlı Saməddin Hacıyev həyat yoldaşı, 21 yaşlı Ramizə Hacıyevanın başını kəsib. S.Hacıyev hadisəni törətdikdən dərhal sonra Daxiliİşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq törətdiyi əməl barəsində məlumat verib.

 

Hadisə yerinə gələn əməliyyat qrupu dəhşətli mənzərə ilə qarşılaşıb. S.Hacıyev həyat yoldaşının başını tamamilə kəsib, özü isə həyətdə polisləri gözləyirmiş.

 

Ailənin 1 və 2 yaşlı iki körpəsi qalıb. S.Hacıyev ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini deyib. Cinayət işi açılıb, araşdırmalar aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3012

Oxşar yazılar