Qətl törədən 3 nəfərlik dəstənin məhkəməsi başladı
18 yanvar 2016 13:25 (UTC +04:00)

Qətl törədən 3 nəfərlik dəstənin məhkəməsi başladı

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən  İsmayıl İmanverdiyev, Elgiz Cəfərov və Rafiq Namazovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Azər Orucov sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı yanvarın 27-ə təyin edilib.

Qeyd edək ki, keçən il iyulun 15-də Şabran rayon sakini Rövşən Əyyubov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb və ertəsi gün orada dünyasını dəyişib.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əyyubovu qətlə yetirməkdə şübhəli bilinən İsmayıl İmamverdiyev, Elgiz Cəfərov və Rafiq Namazov saxlanılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 367

Oxşar yazılar