Bakı Apellyasiya Məhkəməsində oliqarxaların yaxınlarına qarşı dələduzluq etməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazovun verdiyi şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən ilkin instasiya məhkəməsinin hökmü dəyişdirilməyib.
Qeyd edək ki, Araz Eyvazov Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev, "Şərur" Tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundova qarşı dələduzluq etməkdə təqsirləndirilib. Ümumilikdə Araz Eyvazovun 3 milyon 600 min manat pulu mənimsədiyi bildirilir.
Araz Eyvazov Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hokum ilə Araz Eyvazov 11 il müddətə azadlıqdan məhrum edilib. Hökmlə razılaşmayan Araz Eyvazov apellyasiya şikayəti verib.