Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin həbsdə olan baş mühasibi Anar Mustafayevin həbs müddəti uzadılıb.
Bu barədə Lent.az-a onun vəkili Gülşən Salmanova məlumat verib. Vəkilin sözlərinə görə, Binəqədi rayon Məhkəməsi həbs-qətimkan tədbirinin müddətini 3 ay uzadılması barədə qərar verib.
Qeyd edək ki, A. Mustafayev “MTN işi”nə görə həbs edilib. O, Cinayət Məcəlləsinin 179-cu maddəsinə əsasən ittiham olunur. Barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.