Məhkəmə Rauf Mirqədirovun vəsatətlərini təmin etməyib
18 fevral 2016 16:03 (UTC +04:00)

Məhkəmə Rauf Mirqədirovun vəsatətlərini təmin etməyib

0

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun apellyasiya şikayətinin ilkin baxış keçirilib.

Lent.az-ın məlumatına görə,  hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən proses qapalı keçirilib. Prosesdə jurnalistin anket məlumatları dəqiqləşdirilib. Daha sonra vəkil Fuad Ağayev Rauf Mirqədirov barədə açılmış cinayət işinə xitam verilməsi, haqqına seçilmiş həbs-qətimkan ləvğ edilməsi və cinayət işindəki yolverilməz sübutlar çıxarılması ilə bağlı vəsatətlər verib.

Vəsatətlərin heç biri təmin edilməyib.

Məhkəmə baxışı martın 3-ə təyin edilib.

Qeyd edək ki, R.Mirqədirov 2014-cü il aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist 6 il müddətinə azadlıqdan məhrum edilib. R.Mirqədirov həmin hökmdən apellyasiya şikayəti verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 435

Oxşar yazılar